Eldar Sultanov vəzifəsindən azad edildi

17 Mart 2023 12:13

Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanovun qulluq keçməsinə xitam verilib.

Bu barədə Milli.Az-a Baş Prokurorluqdan məlumat verilib.

Baş prokuror Kamran Əliyev tərəfindən ona "Prokurorluğun fəxri işçisi" döş nişanı təqdim edilib.

Milli.Az