Dünyada resessiyaya baxmayaraq Azərbaycanda iqtisadi artım davam edib - Baş nazir

17 Mart 2023 11:43

Dünyada resessiyaya baxmayaraq Azərbaycanda iqtisadi artım davam edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.

Baş nazir bildirib ki, 2022-ci ildə Azərbaycanda rekord həddə ümumi daxili məhsul istehsal edilib. O bildirib ki, ötən 133.8 milyard manatlıq ÜDM istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 4.6 faiz çoxdur. ÜDM qeyri-neft sektorunda 9.1 faiz artıb, kənd təsərrüfatı 3.6 faiz artıb, əhalinin adambaşına düşən ÜDM 4.1 faiz artaraq 13.3 manat təşkil edib.

"Ötən il valyuta ehtiyatları 5.3 milyard dollar artaraq 58.5 milyard dollar təşkil edib. Hazırda valyuta ehtiyatları 62 milyard dollardır, 2 ayda 4 milyard dollar artıb", - deyə Baş nazir əlavə edib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Milli.Az