Dünya şöhrətli pop səhnəsinin əfsanəvi ulduzu Cennifer Lopez "Revolve" ilə birgə ərsəyə gətirdiyi bir-birindən fərqli ayaqqabıların reklamı üçün kamera qarşısına keçib.
Milli.Az bizim media-ya istinadən xəbər verir ki, 53 yaşlı Cey Lo çəkilən fotolarını sosial şəbəkə hesabında paylaşaraq "ayaqqabıları sevirəm" şərhini yazıb.
Cennifer Lopez reklam üçün par-par yanan qara rəngli mayo üzərinə isə uzun transparan ətək geyinib. Digər obraz üçün isə ifaçı qara rəngdə, uzun sinə və kürək dekolteli libas seçib.
Ayaqqabılara gəldikdə isə Lopez topuq hissəsi xəz ilə bəzədilən qara, hündürdaban "stiletto", gümüşü rəngdə yüksək platformalı hündürdaban sandal və kiçik qaşlarla bəzədilən uzunboğaz çəkmələrdən istifadə edib.
Milli.Az