Taleh Yüzbəyov: “Bunların “əbəjdadını“ söyün, zəhmət olmasa“

17 Mart 2023 13:38

Aktyor Taleh Yüzbəyovun adından dələduzluq edilib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi özü məlumat yayıb və izləyicilərinə aldanmamaları üçün xəbərdarlıq edib:

"Dostlar, qarşınıza mənim adımdan yarış və ya hədiyyə təklif edən səhifə çıxsa, inanmayın. Saxtakarlıqdır. Sizi aldada bilərlər. Xahiş edirəm, ehtiyatlı olun! Həmin səhifəni şikayət edin və "əbəjdadını" söyün, zəhmət olmasa".

Milli.Az