Helikopteri qaçırdı, qəzaya düşdü - VİDEO

17 Mart 2023 17:21

Kaliforniyada "Bell 429" helikopterinin qaçırılmasına cəhdi zamanı qəza baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə telekanalı məlumat yayıb.

Qeyd olunur ki, hadisə gecə saatlarında Sakramento hava limanında baş verib. Helikopteri qaçırdığı iddia edilən şəxs hadisə yerindən qaçıb və xəsarət alan olmayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının bildirdiyinə görə, hazırda heç kim saxlanılmayıb, istintaq ilkin mərhələdədir.

Telekanalın məlumatına görə, helikopter Capitol Helicopters şirkətinə məxsusdur. Təyyarənin ciddi zədələndiyi açıqlanıb.

Bundan əlavə, şirkətə məxsus daha bir neçə helikopter də vandalizmə məruz qalıb. Federal Təhqiqat Bürosu istintaqa qoşulub.

Milli.Az