Qatil hadisə yerinə gəldi: Polisə bu sözləri dedi - VİDEO

18 Mart 2023 02:44

Böyük Britaniyada polis cinayət yerində araşdırma apararkən onlara qatil olduğu üzə çıxan şübhəli bir şəxs yaxınlaşıb.

Milli.Az-ın lent.az-a istinadən xəbərinə görə, ötən ilin yayında 44 yaşlı Adrian Ellinqford Çelmsfordda kürəyindən iki bıçaq zərbəsi alaraq öldürülüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrək araşdırmalara başlayıblar və bu zaman onlara sərxoş, əlində bir şüşə spirtli içki olan şəxs yaxınlaşıb.

Şübhəli bir vəziyyətlə bağlı polisə lovğalanan 26 yaşlı Marek Hekko olduğu ortaya çıxıb.

"Adımı sizə deməyəcəyəm, çünki vecimə deyil ... Çünki nə baş verdiyini bilirəm", - o deyib.

Zaman keçdikcə həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı daha aqressiv davranmağa başlayıb. Sonra deyib: "Bu lənətə gəlmiş şəhər mənimdir". Nəticədə Marek yerindəcə tutularaq həbsxanaya göndərilib.

Bu il fevralın 13-də Çelmsford Kral Məhkəməsində məhkəmə keçirilib və proses zamanı Ellinqfordu öldürənin Hekko olduğu müəyyən edilib. Həmin şəxs bunu təkzib edərək, qətli xəbərlərdə gördüyü üçün hadisə yerinə gəldiyini, lakin bir nüans olduğunu - həmin an xəbərlərdə və sosial şəbəkələrdə bu qətllə bağlı heç bir məlumat olmadığını bildirib.

Bir gündən az müddətdə münsiflər britaniyalını cinayətdə təqsirli bilib və martın 14-də o, ömürlük həbs cəzasına məhkum edilib.

Milli.Az