Laçında qumbara tapıldı

17 Mart 2023 10:19

Laçın rayonunda əl qumbarası tapılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbir nəticəsində şəhər ərazisindən 2 ədəd əl qumbarası aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Milli.Az