Bu da Nadir Qafarzadənin özünə hədiyyə etdiyi lüks avtomobil - VİDEO

17 Mart 2023 11:36

Müğənni Nadir Qafarzadə yeni avtomobil alıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Şou xəbər"ə müsahibəsində deyib.

İfaçı yeni maşınını veriliş üçün hazırlanan süjetdə nümayiş etdirib.

"Özümə hədiyyə etmişəm. Kim mənə hədiyyə etsin? Dünən yuduzdurmuşdum. Saxladım məhlədə. Evdən çıxanda gördüm ki, çirklənib", - deyə, Qafarzadə bildirib.

Milli.Az