47 yaşlı kişini maşın vurub

17 Mart 2023 08:54

Göygöldə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Hərəkətədə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1976-cı il təvəllüdlü Eşqin Huseynovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib,vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az