Bakının bir sıra yollarında tıxac var - SİYAHI

17 Mart 2023 08:35

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.

Bu barədə Milli.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

7. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

9. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Milli.Az