Rus bombaları obyektiv reallığı dəyişməyəcək - Zelenski

17 Mart 2023 08:12

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Latviyanın Baş naziri Krisjanis Karins ilə görüşüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Zelenski özü məlumat yayıb.

Dövlət başçısı bildirib ki, Ukrayna həmişə Avropa olub və rus bombaları ukraynalıların müdafiə etdiyi obyektiv reallığı dəyişməyəcək:

"Mən Kiyevdə Latviyanın baş naziri ilə görüşdüm. Dövlətimiz üçün yeni müdafiə paketinə, bütün səviyyələrdə - silahdan siyasətə, Rusiyaya qarşı sanksiyalardan hüquqi məsələlərə qədər prinsipial dəstəyə görə təşəkkür etdim. Biz daim xarici siyasətimizin iki yönü - Avropa və Avroatlantik istiqamətləri üzərində işləyirik".

Milli.Az