BMT-dən Ukrayna üçün gözlənilməz açıqlama

17 Mart 2023 07:57

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Təhqiqat Komissiyası Rusiyanın Ukraynadakı hərəkətlərində soyqırım əlamətləri görməyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə təhqiqat komissiyasının sədri Erik Mese deyib.

"Biz Ukrayna ərazisində heç bir soyqırım görmədik", - Mese bildirib.

Eyni zamanda, komissiya Rusiyanın geniş spektrli digər hərbi cinayətlər törətdiyini etiraf edib.

Milli.Az