Türkiyədə ardıcıl güclü zəlzələlər oldu

17 Mart 2023 07:25

Türkiyənin Bolu şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.

Milli.Az bildirir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, zəlzələ yerin təxminən 8,13 kilometr dərinliyində qeydə alınıb.

***

Türkiyənin Van əyalətinin Başqala rayonunda 5,3 maqnitudada zəlzələ olub.

Bu barədə AFAD məlumat yayıb.

Zəlzələ 15,25 km dərinlikdə meydana gəlib.

Məlumata görə, yeraltı təkanların mərkəzi Güney Azərbaycanın Xoy şəhəridir.

***

Boluda 3,9 bal gücündə növbəti zəlzələ baş verib.

Bu barədə AFAD məlumat yayıb.

Yerli vaxtla 19:36-da meydana gələn təkanların dərinliyi 7,1 km olub.

***

Mersin sahillərində də 4,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə AFAD məlumat yayıb.

Milli.Az