ABŞ Rusiya ilə rabitə kanallarını niyə kəsmir?

17 Mart 2023 07:36

ABŞ Suriya və Avropada münaqişəli vəziyyətləri aradan qaldırmaq üçün Rusiya ilə rabitə kanallarını saxlayır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Bizim Suriyada, eləcə də Avropada Rusiya ilə münaqişə vəziyyətlərini aradan qaldırmaq üçün mövcud kanallarımız var və bu kanallar açıq qalır, biz onlardan istifadə edirik", - o qeyd edib.

Milli.Az