Rusiya ordusuna 7 zərbə endirildi

17 Mart 2023 07:16

Bu gün Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası Rusiya qoşunlarının şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 7 zərbə endirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Ukraynanın raket qoşunları və artilleriya bölmələri üç komanda məntəqəsini, rusların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi iki ərazini, iki radiolokasiya stansiyasını, həmçinin yanacaq-sürtkü materialları anbarını vurub.

Qeyd olunur ki, Rusiya qoşunları martın 16-da iki raket və 16 hava zərbəsi, həmçinin çoxsaylı buraxılış raket sistemlərindən 25 hücum təşkil edib.

Milli.Az