"Öpüş cana dərmandır"

28 Mart 2023 21:37

Rusiyalı endokriolnoloq Anastasiya Kalmurzina neçə illərdir apardığı araşdırmanın nəticələri barədə danışıb. 

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, həkimin qənaətinə görə, öpüşmək ürək-damar sistemini möhkəmləndirir.

Onun dediyinə görə, insanlar öpüşərkən oksitosin, dopamin və endorfinlərin miqdarı çoxalır:

"Bu isə stress hormonu olan kortizolun azalmasına səbəb olur. Öpüşmək zamanı nəfəs almaq sürətlənir, damarlar genişlənir. Bu isə ürək-damar sistemi çox faydalıdır".

Milli.Az