Səudiyyədən İran açıqlaması: Müharibə olarsa...

16 Mart 2023 21:58

Səudiyyə Ərəbistanı ərazisi İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilməyəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl-Ərəbiyə" adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

"Gələcəkdə də Səudiyyə ərazisi İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilməyəcək", - deyə bildirilib.

Məlumata görə, Ər-Riyad və Tehran İraq və Livandakı situasiya ilə bağlı geniş razılığa gələ bilməyiblər.

Qeyd edək ki, martın 10-da İran və Səudiyyə rəsmiləri Pekində iki ölkə arasında diplomatik münasibətlərin bərpasına razılaşmışdılar.

Milli.Az