Mahsun Bakıdan apardığı hədiyyəni zəlzələdən zərər çəkən uşağa verdi - VİDEO

16 Mart 2023 20:15

Türkiyəli müğənni Mahsun Kırımızıgül Bakıda solo konserti zamanı verdiyi sözü tutub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, tədbir zamanı aldığı hədiyyəni Türkiyədə zəlzələdən zərər çəkən uşağa bağışlayıb.

Bunu əks etdirən görüntüləri Kırmızıgül instaqram hesabında paylaşıb.

"Azərbaycanda konsertimdə aldığım hədiyyəni zəlzələ bölgəsi Adıyamanda yaşayan əziz Yağmura çatdırdım. Çox xoşbəxt oldu. Təşəkkür etdi", - müğənni yazıb.

Milli.Az