“Sədəf” Xalq Çalğı Alətləri Ansamblı konsert proqramı ilə çıxış edib - VİDEO - FOTO

16 Mart 2023 19:19

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Sədəf" Xalq Çalğı Alətləri Ansamblı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış edib.

Dövlət Uşaq Filarmoniyasının "Sədəf" xalq çalğı alətləri ansamblı repertuarında xalq mahnı və rəqslərimizə, muğamlarımıza xüsusi önəm verir. Milli-mənəvi dəyərlərimizin yaşaması, gənc nəsillərə aşılanması "Sədəf" xalq çalğı alətləri ansamblının önəm verdiyi məsələlərdən birincisidir. Azərbaycan Dövlət Uşaq Filarmoniyasında baş tutmuş konsert proqramı da zəngin və rəngarəng repertuarı ilə seçilib. Proqramda xalq mahnıları və rəqsləri, tanınmış bəstəkar mahnıları, muğam və təsniflər ifa olunub. Konsertin əvvəlində 44 günlük Vətən müharibəsində şəhid olmuş Toğrul Hacıyevin və bütün şəhid qardaşlarımızın ruhları bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, vətənimizin igid oğlu Toğrul Hacıyev "Sədəf" xalq çalğı alətləri ansambılının üzvi olub. 

Sonda solistlər musiqisi Ramiz Mirişli sözləri isə Fikrət Qocaya məxsus olan "Bayram axşamlarında" mahnısı ilə tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. 

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az