Ramil Orucov vəzifəsindən azad edildi

16 Mart 2023 18:47

Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri Ramil Orucov vəzifəsindən azad edilib.

Bu barədə partiyadan məlumat verilib.

Bildirilib ki, bu gün YAP-ın İdarə Heyətinin iclasında Ramil Orucovun səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizəsinə baxılıb və müvafiq qərar qəbul edilib.

Milli.Az