Yarış ruhu və qiymətli medallar:qaliblər təəssüratlarını bölüşürlər - FOTO

16 Mart 2023 18:14

Milli Gimnastika Arenasında keçirilən ki̇şi̇ i̇dman gi̇mnasti̇kası və akrobati̇ka gi̇mnasti̇kası üzrə 28-ci̇ Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatında balacalar (2014-2015-ci il təvəllüdlü) yaş kateqoriyasında qaliblər müəyyən olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu yaş kateqoriyasında birinci yerə Bakı Gimnastika Məktəbinin yetirməsi Əli Xəlilov çıxıb.

"Qızıl medal qazandığım üçün xoşbəxtəm, yarışlardan əvvəl biz çoxlu məşqlər etmişdik. Yarışların bir çox iştirakçısı ilə yaxşı tanışam, biz Bakı Gimnastika Məktəbində birgə məşq edirik", - deyən 9 yaşlı Əli Xəlilov bu gün onu dəstəkləməyə anası və nənəsinin gəldiyini əlavə edib.

8 yaşlı gimnast Tural Ocaği Azərbaycan birinciliyində ikinci yer tutub.

"Dörd ildir ki, gimnastika ilə məşğul oluram, idman mənə daha intizamlı olmaqda kömək edib. Baxmayaraq ki, bu mənim ilk yarışım deyildi, başda həyəcanlandım, amma məşqçimin dəstəyi özümü toplamağıma kömək etdi", - Bakı Gimnastika Məktəbini təmsil edən Tural Ocaği deyib.

Üçüncü yeri tutan Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin yetirməsi Əbuzər Xəlilzadənin sözlərinə görə, o, böyük yarış təcrübəsi qazanıb.

"Öz nəticəmi yaxşı hesab edirəm, daha çox çalışmalıyam. Növbəti yarışlarda nəticəmi yaxşılaşdırmağı və bu dəfə alınmayan elementləri daha yaxşı işləməyi planlaşdırıram. Bütünlükdə yarışla bağlı təəssüratlarım çox yaxşıdır", - doqquz yaşlı Əbuzər Xəlilzadə deyib.

Qeyd edək ki, 14-16 mart tarixləri arasında Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında ki̇şi̇ i̇dman gi̇mnasti̇kası və akrobati̇ka gi̇mnasti̇kası üzrə 28-ci̇, qadın i̇dman gi̇mnasti̇kası üzrə 7-ci̇ Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatı keçirilir.

Yarışlarda "Ocaq Sport" Klubu, "Neftçi" İdman klubu, Bakı Gimnastika Məktəbi, "Qarabağ" İdman Klubu (Bərdə), 13 nörməli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri iştirak edirlər.

Milli.Az