Ağalı kəndində fermerlər üçün yeni layihənin icrasına başlanılır

16 Mart 2023 18:06

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Zəngilan rayonunun Ağalı kəndində yeni layihəyə başlayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı rəhbərinin müavini Bariz Mehtiyev deyib.

O bildirib ki, yeni layihə həmin kəndə qayıdan fermerlərin daha yaxşı iş imkanlarının əldə etməsidir: "30 ildə unutduqları kənd təsərrüfatı təcrübələrini yenidən qazanılmasına kömək edəcək. Qeyd edək ki, 30 ildə texnologiya da çox inkişaf edib, yeni texnologiyaların kənd təsərrüfatına tətbiqi layihəsi də olacaq. O layihə də bir pilot təsərrüfat üzərində tətbiq ediləcək".

Milli.Az