DMX əməkdaşlarına ali xüsusi rütbələr verilib

16 Mart 2023 17:24

Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elman Məmməd oğlu Əliyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri, Bakı şəhər regional miqrasiya baş idarəsinin rəisi İslam Məsum oğlu Ağayevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi veriib.

Milli.Az