İbrahim və Aydanın yeni doğulan qızı - FOTO

16 Mart 2023 20:14

Aktyor cütlük İbrahim Çingiz və Aydan Axundzadə yeni doğulan övladının üzünü göstərib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, məşhur cütlük qızının dünyaya gəlməsinin 40 günü münasibətiylə böyük məclis keçirib.

Qeyd edək ki, İbrahim Əməkdar artist Çingiz Əhmədovun oğludur. Aydan və İbrahim 2021-ci ildə ailə qurub. İbrahim qızına anası Mehribanın adını qoyub.

Milli.Az