"Real"dan mükəmməl jest: "Liverpul"a belə təşəkkür edildi - VİDEO

16 Mart 2023 19:38

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Real" - "Liverpul" cavab matçının (1:0) sonunda "Santyaqo Bernabeu"da İngiltərə klubunun himni səsləndirilib.

Milli.Az xəbər verir ki, hakim Feliks Zvayerin oyunun bitdiyini bildirən fitindən sonra Madrid təmsilçisin himni əvəzinə "You'll Never Walk Alone" mahnısı səsləndirilib. İspaniya klubu İngiltərədəki ilk oyundan əvvəl "Liverpul"un hərəkətinə belə cavab verib.

Həmin görüş ərəfəsində "Real"ın fəxri prezidenti Amansio dünyasını dəyişib. Qarşılaşma bir dəqiqəlik sükutla başlayıb və Mersisayd təmsilçisinin əfsanəvi keçmiş futbolçusu və məşqçisi Kenni Dalqliş "Real"ın azarkeşlərinin olduğu sektorun önünə gül dəstələri qoyub.

Qeyd edək ki, "Real" Çempionlar Liqasında "Liverpul"u ümumi hesabda 6:2 hesabı (5:2, 1:0) ilə məğlub edərək 1/4 finala yüksəlib. (publika)

Milli.Az