Türkiyədə zəlzələdə ölənlərin sayı 49 mini keçib

16 Mart 2023 14:25

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49 mini ötüb.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə məlumat verib.

"İnşallah dost və qardaş ölkələrin dəstəyi ilə zəlzələnin fəsadlarını qısa zamanda aradan qaldıracağıq. Türk dünyası Türkiyənin çağırışına səs verən ölkələr arasında birincilərdən olub. Əziz xalqımız bu dəstəyinizi unutmayacaq", - dövlət başçısı bildirib.

Milli.Az