Rihannanın sevgilisini 4 il HƏBS gözləyir? - FOTO

16 Mart 2023 23:22

Məşhur müğənni Rihannanın sevgilisi, tanınmış repçi ASAP Rocky barədə şok iddia yayılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 2021-ci ildə keçmiş dostu, həmkarı ASAP Rellini güllələməkdə ittiham olunan repçi məhkəmə qarşısına çıxacaq.

Məlumata görə, ASAP Rocky ləqəbi ilə tanınan Rakhim Atelaston Myers martın 14-də Los-Anceles şəhər cinayət məhkəməsində iştirak etməli idi. Lakin repçi məhkəməyə gəlməyib. 

Məhkəmənin vaxtı uzadılıb. Bildirilir ki, repçi təqsirli bilinərsə, onu dörd ilə qədər həbs cəzası gözləyir. 

Milli.Az