Aslı doğumla bağlı iddiaları yalanladı - VİDEO

17 Mart 2023 19:11

Ana olmağa hazırlaşan aktrisa Aslı Ənvər dünən axşam həyat yoldaşı Berkin Gökdudakla birlikdə hava limanında görüntülənib.

Milli.Az xəbər verir ki, Londondan qayıdan məşhur cütlük jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, qızını Avropada dünyaya gətirəcəyi ilə bağlı yayılan xəbərlər doğru deyil.

Daha sonra kino ulduzu hamiləliyinin 5-ci həftəsində olduğunu və özünü yaxşı hiss etdiyini bildirib. (publika)

Milli.Az