Bu ilin ən dəbli ətək modelləri

19 Mart 2023 17:20

2023-cü ilin yaz-yay mövsümündə ən dəbli ətək modelləri bəlli olub.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, bu il yaz-yay mövsümündə ətək və donların uzun olması əsas tendensiyalardan biridir.

Bu cür modellər qüsurları həm gizlədə, həm də vurğulamağa qadirdir. Ətək seçərkən onun hündürbelli olmağına diqqət edin. Çünki hündürbel ətəklər növbəti bir neçə mövsümdə dəbdən düşməyəcək və mütləq işinizə yarayacaq.

Bu il ətəklərin materialı qalın kostyum parçası, dəri və ya atlazdan hazırlana bilər. Bu il uzun ətəklə demək olar ki, hər şeylə geyilə bilər. Soyuqda onu böyük ölçülü sviterlər, uzun boğazlı koftalar, şişkin çiyinli gödəkçələr və ya klassik pencəklərlə geyinə bilərsiniz. İsti havalarda isə uzun ətəkləri şəffaf bluzlar, pambıq köynəklərlə geyinə bilərsiniz.

Milli.Az