Stressiz gün keçirtmək üçün səhəri belə başlayın

19 Mart 2023 13:40

Stres insan orqanizmində yaranan narahatlıq və ya gərginlikdir. Bu hal davamlı olarsa, depressiyaya çevrilə bilər.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, streslə mübarizə aparmağın ən asan yollarından biri bitki tərkibli çaydan istifadə etməkdir.

Lazım olanlar:

50 qr. çobanyastığı çiçəyi

50 qr. melisa

30 qr biyan kökü

20 qr yaşıl çay

Bu bitkiləri qarışdırıb quru şüşə qabda saxlayın. 300 ml qaynar suya 1.5 ç.q əlavə edərək 8 dəqiqə ağzı qapalı olaraq dəmləyin. Hər gecə yatmazdan 2-3 saat əvvəl qəbul edin.

Milli.Az