İstanbulda İŞİD və “Əl-Qaidə”yə qarşı əməliyyat keçirildi

16 Mart 2023 20:26

Türkiyədə anti-terror əməliyyatı keçirilib.

Milli.Az-ın "Anadolu"ya istinadən xəbərinə görə, hüquq-mühafizə orqanları tərəfindən İstanbulda keçirilən əməliyyatlar zamanı İŞİD, "Əl-Qaidə" terror təşkilatlarına mənsub olan 13 nəfər şübhəli şəxs qismində tutulub.

Saxlanılan şəxslər barəsində istintaq tədbirləri həyata keçirilir.

Milli.Az