Nazir: "Dəfələrlə beynəlxalq təşkilatlara müraciət etmişik" - Oxçuçayın kritik vəziyyəti

16 Mart 2023 12:10

2020-ci ildən dəfələrlə beynəlxalq təşkilatlara Oxçuçayın kritik vəziyyəti ilə bağlı müraciət etmişik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə keçirilən strateji məsləhətləşmələr zamanı deyib.

Onun sözlərinə görə, 2020-ci ildən başlayaraq biz dəfələrlə müvafiq beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Avropa İqtisadi Komissiyası, BMT-nin Ətraf mühit Proqramı və digərlərinə Ermənistan tərəfindən daimi çirklənmə ilə bağlı transsərhəd Oxçuçay çayının, eləcə də digər regional çayların ekoloji təhlükələri və kritik vəziyyəti ilə bağlı müraciət edilib.

Xatırladaq ki, Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşmələr keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin, Minatəmizləmə Agentliyinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzində təmsil olunan Prezident Administrasiyasının əməkdaşları, habelə BMT agentliklərinin Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbər şəxsləri iştirak edir.

Milli.Az