Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın - FOTO

16 Mart 2023 12:12

Əslən Güney Azərbaycanın Həmədan mahalından olan və Norveçdə yaşayan Nobel mükafatı laureatı, hüquq müdafiəçisi Şirin İbadi Avropa Parlamentində çıxış edib.

Milli.Az "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, o, İranda etirazçıların məqsədinin Tehran rejiminin devirmək olduğunu deyib.

"İranda nümayişlər davam edir və etirazçıların məqsədi ölkə Konstitusiyasının dəyişdirilməsi və hazırkı hakimiyyətin devrilməsidir. Bu rejim islaholunmazdır və biz dinin siyasətdən ayrı olduğu bir sistemin qurulmasını istəyirik",- xanım İbadi bildirib.

Martın 15-də çıxış edən Nobel mükafatı laureatı Avropa Parlamentinin nümayəndələrini SEPAH-ı terror təşkilatları siyahısına salmaqla İranda yaşayan xalqların yanında durmağa çağırıb.

Milli.Az