Kürdəxanı-Məmmədli yolunda dəhşətli qəza - ANBAAN VİDEO

16 Mart 2023 14:29

Martın 13-də paytaxtın Sabunçu rayonu, Kürdaxanı-Pirşağı avtomobil yolunda baş vermiş ağır yol qəzasının görüntüləri yayılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, görüntülərdə Kazımov Ramin Xaqani oğlunun sürdüyü "Ford Transit" markalı yük avtomobilinin qəfil idarəetmədən çıxaraq əks zolağa çıxdığı görünür.

Bu zaman həmin avtomobil Rəhmanov Aqil Arif oğlunun idarə etdiyi "Ford Tourneo" markalı kiçiktutumlu yük avtomobilinə çırpılıb. Nəticədə A.Rəhmənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılıb, istintaq aparılır.

Hadisənin görüntülərini təqdim edirik.

Milli.Az