Xalq artisti ailəsi ilə Yaponiyada - FOTO

17 Mart 2023 02:44

Xalq artisti Yusif Eyvazov həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko ilə birlikdə Yaponiyaya və Çinə gedib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, opera ifaçıları səfər fotolarını instaqramda yayımlayıblar. Onlar Honqkonqda, Tokioda olublar.

Anna bildirib ki, səfər zamanı Honqkonqda keçirilən musiqi festivalına qatılıblar. Onlar festivalda iki tamaşada rol alıblar.

Y.Eyvazov isə Tokiodakı çıxışlarından görüntülər yayımlayıb.

Milli.Az