3 günə 2 milyon baxış - VİDEO

16 Mart 2023 15:46

Britaniyalı müğənni Paris Palomanun "TikTok"da yayımlanan "Labour" videosu baxış sayına görə platformada trendə düşüb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, video martın 12-də yayımlansa da, tizerə artıq iki milyondan çox istifadəçi baxıb.

Qadın-kişi bərabərsizliyindən bəhs edən mahnının sözlərində "Hər gün məni çoxlu iş görməyə məcbur edirsən. Sənin üçün terapevt, ana, qulluqçu, pəri, bakirə, tibb bacısı... Ona itaət edir. O isə heç barmağını belə qaldırmır", - deyilir.

Videonu təqdim edirik.

Milli.Az