Əməkdar artist: “Ərimdən boşandım və o, dünyasını dəyişdi” - VİDEO

16 Mart 2023 10:50

"Həyat yoldaşımdan boşandım, daha sonra o, dünyasını dəyişdi. Gərək boşanmayaydım...Beş-altı il əvvəl bilmişəm ki, o, vəfat edib. Bu xəbərdən çox pis oldum. Onun ailəsinə dedim ki, gərək mənə onun vəfatını deyərdiyiniz. O mənim uzaq qohumum olub". 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Sevinc Əliyeva qonaq olduğu "Zaurla günaydın" səhər şousunda deyib. 

Sənətçi bildirib ki, universitet illərində Xalq artisti Fuad Poladova eşqini etiraf edib: 

"Evliliyim heç bir il çəkmədi. Mənim bir övladım var. Universitetin üçüncü kürsunda təhsil alırdım. Məni evdən vermişdilər həmin şəxsə, nişanlanmışdılar. Amma mənim sevgim başqa insana idi. Fuad Poladova qarşı platonik sevgim var idi.

O da yenicə ailə qurmuşdu. Tədris teatrında tərəf müqabili kimi mənimlə oynadı. Onu sevdiyimi bilirdi. Kursumuzun rəhbəri Şəfiqə Məmmədovaya demişdim. O söylədi ki, bu, necə olur? Demişdim ki, istəyirəm də onu". 

Milli.Az