Bakıda evdə yanaraq ölən şəxsin kimliyi məlum oldu

16 Mart 2023 09:55

Bakıda evdə yanaraq ölən şəxsin kimliyi məlum olub.

Milli.Az bildirir ki, hadisə martın 16-da paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Qaydamakin Oleq Viktoroviç baş vermiş yanğın nəticəsində yanaraq ölüb.

Fakt üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılır.

Milli.Az