Rəqqasə Fatimə Fətəliyevanın köməkçisi Aytac Bayramzadə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Milli.Az APA-ya istinadən yazır ki, hadisə Azadlıq prospektində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı Kratos restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Milli.Az