Hacı Şahini bu həftə əvəz edəcək şəxs...

16 Mart 2023 09:05

Bu həftə Məşədi Dadaş məscidində cümə namazını mərhum Hacı Şahin Həsənlinin digər dəyərli tələbəsi Kərbəlayi Elmir Vəliyev qılacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Hacı Şahinin yaxınları bildirib.

Məlumatda məsciddə həmçinin gündəlik namazları da onun qılacağı qeyd edilib.

Xatırladaq ki, bundan əvvəl Məşədi Dadaş məscidində Hacı Şahini gənc din xadimi Elbrus Kərimovun əvəz edəcəyi haqda məlumat yayılmışdı.

Milli.Az