Paytaxtın bu yollarında sıxlıq var - SİYAHI

16 Mart 2023 08:54

Yollardakı son vəziyyət açıqlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Milli.Az-a verilən məlumata görə, bu yollarda sıxlıq müşahidə olunur:

1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
6. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika dairəsi" istiqamətində;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Zərifə Əliyeva küçəsində;
9. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

11. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
13. "20 Yanvar" dairəsində;
14. Ağa Neymətulla küçəsi, "Nəriman Nərimanov" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Milli.Az