BMT nümayəndələrinin olduğu təyyarə Füzuli hava limanına enib - FOTO

16 Mart 2023 08:52

BMT nümayəndələrinin olduğu təyyarə Füzuli hava limanına eniş edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 16 mart 2023-cü il tarixində Ağdam şəhərində Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin ölkədə fəaliyyət göstərən sistemi arasında illik yüksək səviyyəli strateji məsləhətləşmələr keçirilir.

Qonaqlara Füzuli hava limanının tikintisinin tarixindən danışılıb. Xüsusilə, onun səkkiz ay ərzində tikildiyini və bundan əvvəl ərazinin minalardan təmizləndiyini söylədi.

Onlara dağıdılmış ərazilərin fotoşəkilləri də nümayiş etdirilib.

Milli.Az