Türkiyə helikopteri İraqda qəzaya uğrayıb?

16 Mart 2023 09:22

Bəzi sosial media platformalarında İraqın şimalında Türkiyə Silahlı Qüvvələrin məxsus helikopterin qəzaya uğraması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Sözügedən iddialar tamamən yalandır, TSQ-yə aid helikopterin həmin bölgədə uçuşu qeydə alınmayıb", - deyə bildirilib.

Milli.Az