Rusiya və ABŞ SQ Baş Qərargah rəisləri telefonla danışıb

16 Mart 2023 07:50

Rusiya və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Valeri Gerasimov və Mark Milli arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bir-neçə saat əvvəl Rusiya MN başçısı Sergey Şoyqu ilə amerikalı həmkarı, Pentaqon rəhbəri Lloyd Ostin arasında da telefon danışığı olub.

Milli.Az