"G7" Rusiya neftinin qiymətinin yuxarı həddini 60 dollar/barel səviyyəsində saxlamaq istəyir

16 Mart 2023 07:27

"G7" ölkələri Rusiya neftinin maksimal qiymətinin 60 dollar/barel səviyyəsində saxlanmasının tərəfdarıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən bildirib.

Məlumata əsasən, Avropa Komissiyasının rəsmiləri ,həmçinin "G7" ölkələrinin mövqeyi barədə birliyə üzv ölkələri məlumatlandırıblar.

Milli.Az