AB rus neftinin qiymətini daha da "öldürür"

15 Mart 2023 23:01

Estoniya, Litva və Polşa Rusiya neftinin qiymətinin maksimum həddini 60 dollardan 51,45 dollara endirməyi təklif edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq"in yaydığı məlumatda bildirilib.

Agentlik qeyd edib ki, bu gün artıq AB ölkələrinin nümayəndələrinin Rusiyadan neftin qiymətinin maksimum həddinə yenidən baxılmasını müzakirə etməyə başlayacaqları gözlənilir.

Milli.Az