“Qarabağ”dan darmadağın, “Sabah”dan inamlı qələbə - VİDEO

15 Mart 2023 22:55

Bu gün Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə lider "Qarabağ" səfərdə "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirib. Ağdam təmsilçisi rəqibini böyük hesabla məğlub edib.

"Zirə" isə doğma meydanda liderin əsas izləyicisi "Sabah"la qarşılaşıb. Bu oyunda da qonaqlar inamlı qələbəyə seviniblər.

"Neftçi" - "Kəpəz" və "Səbail" - "Turan Tovuz" oyunları sabah, "Qəbələ" - "Şamaxı" qarşılaşması isə martın 17-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XXVII tur
15 mart

"Sumqayıt" - "Qarabağ" 0:6
Qol: L.Andrade, 7; 49. M.Qurbanlı, 12; 45+2. A.Zubir, 21. S.Abdullazadə, 88-öz qapısına.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Rəhman İmami, Nicat İsmayıllı

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Kərim Abubakar, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 71. Masaki Murata.

Ehtiyat oyunçular: 25. İlnur Vəliyev, 56. Ayxan Qocayev, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Kamran Əliyev
Baş məşqçi: Samir Abasov.
Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

"Zirə" - "Sabah" 0:2
Qol: D.Volkov, 52. C.L.Mikels, 62.
Hakimlər: Fərid Hacıyev, Cavanşir Yusifov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Zirə İdman Kompleksinin stadionu, 20:30.

Zirə: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 26. Nemanya Ancelkoviç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 96. Donald Gerye, 9. Loris Bronyo, 19. Vladislav Kulaç, 47. Məhəmməd Hamdaui, 70. İssa Cibrila, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
Sabah: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 3. Zurab Oçiqava, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.

Milli.Az