Bakı-Ağstafa-Bakı marşrutu üzrə sınaq səfəri təşkil olunub - FOTO

15 Mart 2023 21:16

Bu gün Bakı-Ağstafa-Bakı marşrutu üzrə sınaq səfəri təşkil olunub.

Bu barədə "Azərbaycan Dəmir Yolları"ndan (ADY) Milli.Az-a bildirilib.

Qeyd olunub ki, bu məqsədlə ADY rəhbərliyi Tovuz və Ağstafa Dəmiryol Stansiyalarında hazırlıqlara baxış keçirib, müvafiq marşrut üzrə yaxın gələcəkdə fəaliyyəti bərpa oluna biləcək sərnişin stansiyalarının texniki vəziyyəti müzakirə edilib.

Milli.Az