Ermənistanın müdafiə naziri İSTEFA VERDİ?

15 Mart 2023 17:25

Ermənistanın Müdafiə naziri Suren Papikyanın istefası ilə bağlı yayılan xəbərlərə elə özü aydınlıq gətirib.

Milli.Az erməni mediasına istinadən xəbər verir ki, Papikyan məlumatın həqiqəti əks etdirmədiyini bildirib.

"Mən qarşımda duran problemləri həllsiz qoymağa hazır deyiləm, istefaya getməyə hazırlaşmıram. Başladığım islahatları davam etdirəcəyəm və onları necə həyata keçirə biləcəyimi həyat göstərəcək", - müdafiə naziri Suren Papikyan mətbuat konfransında çıxışı zamanı deyib.

Məhəmməd Vaqif
Milli.Az