Azərbaycanda zəlzələ olub

15 Mart 2023 15:59

Bu gün yerli vaxtla saat 15:24-də Lənkaran stansiyasından 29 km şimal-qərbdə, Masallı rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Milli.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Maqnitudası 3,1, dərinliyi isə 20 km olan təkanlar hiss edilməyib.

Milli.Az